Operativ Qərargah rayonlara gedənlərə ÇAĞIRIŞ ETDİ
"Mən bütün vətəndaşlarımızı bayram ərəfəsində özlərini məhdudlaşdırmağa, mümkündürsə evdə qalmağa, əgər harasa səyahət edilirsə, özlərini qorumağa çağırıram".
REPORTYOR.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
"Əgər rayonlara gedəcəksinizsə, burada da özünüzü daha çox qorumağa çağırıram. Çünki əgər saylar artarsa, Operativ Qərargahın başqa yolu olmayacaq və biz daha sərtləşdirilmiş karantin rejiminə keçməyə məcbur olacağıq", - deyə Şahmar Mövsümov əlavə edib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 19-03-2021, 16:33