mobil versiya

Rusiya Ukraynada neçə təyyarə və helikopter itirib?




Rusiyanın Ukraynada 9 gün ərzində vurulan təyyarə və helikopterlərinin sayı açıqlanıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən martın 5-dək Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub.

Məlumata əsasən, təkcə martın 4-də Rusiyaya məxsus 3 ədəd “Su-25” qırıcısı sıradan çıxarılıb.

Qeyd olunub ki, Rusiya Ukrayna ilə sərhədboyu 450 təyyarə və 250-dən artıq helikopter yerləşdirib.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 3-03-2022, 14:30