mobil versiya

Zakir Həsənov Türkiyəyə səfər edəcək




Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edəcək.

REPORTYOR.AZ bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyə Respublikasına işgüzar səfər edəcək.
SON XƏBƏR / KARUSEL
Tarix: 29-08-2022, 14:30