mobil versiya

Ayətullah Xamenei: “ABŞ-ı küncə sala bildik"



İran ABŞ-ın təzyiqlərinə təslim olmayacaq və Vaşinqtonla danışıqları aparmayacaq, çünki bu mövcud problemləri həll etməyəcək.

REPORTYOR.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın rəhbəri Ayətullah Əli Xamenei öz "Tvitter" səhifəsində yazıb.

Əli Xamenei deyib ki, (İslam) inqilabının qələbəsindən sonra 41 il ərzində ABŞ İran xalqına qarşı düşmənçilik hərəkətlərinə cəhd göstərib:

"Əlbəttə ki, biz hərəkətsiz qalmadıq və ABŞ-a qarşı çıxmaq üçün hər şeyi etdik və bir çox hallarda onları küncə sala bildik".
SON XƏBƏR / KARUSEL
Tarix: 4-11-2019, 10:30