Su xəttində qəza: Bu ərazilərdə su olmayacaq
Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən REPORTYOR.AZ-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 18-12-2019, 10:08