mobil versiya

Azərbaycanda dəhşətli ailə cinayətinin TƏFƏRRÜATLARI



Balakən rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı cinayət işi başlanılıb.

REPORTYOR.AZ “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 18-də saat 19 radələrində, rayonun Yeni Şərif kəndində baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü Bağırov Məhəmməd Əhməd oğlu ailə münaqişəsi zəminində oğlu, 1985-ci il təvəllüdlü Bağmanov Əhmədov Məhəmməd oğlundan qisas almaq məqsədi ilə yaşadığı evdən ov tüfəngini götürüb, içərisinə 1 ədəd qırmalı patron yerləşdirərək bir dəfə atəş açıb.
Nəticədə Ə.Bağmanov sağ üz nahiyyəsindən güllə yarası alıb. Bundan başqa, hadisə zamanı Ə.Bağmanovla birgə masa ətrafında əyləşən bacısı, 1980-ci il təvəllüdlü Anarəcəbova Məryəm Məhəmməd qızı, anası, 1968-ci il təvəllüdlü Bicilova Havva Abbas qızı və qızı 2018-ci il təvəllüdlü Bağmanova Xədicət Əhmədov qızı yaralanıb. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə baxış keçiirlib və faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürmətə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin edilib.

SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 19-12-2019, 10:25