mobil versiya

Fatimənin cinayəti ilə bağlı ŞOK FAKTLAR - Kəndə xəbər yayılıb ki...



"Fatimənin öldürüldüyü gün səhər tezdən kəndə xəbər yayılıb ki, onun qızdırması var, komaya düşüb".

REPORTYOR.AZ Cenubxeberleri.com-a istinadən xəbər verir ki, bu sözləri Xoşçobanlı kənd sakinləri söyləyib.

Kənd sakinləri bildirir ki, 16 yaşlı gəlini ərinin dayısının maşınında Masallı Mərkəzi Xəstəxanasına aparıblar.

Yolda onun vəziyyəti daha da ağırlaşıb.

Qətlə yetirilən Fatimənin əri İman Məmmədov isə iki bacının tək qardaşıdır.

Onun özündən kiçik iki bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası isə tibb işçisidir.

Kənd sakinlərinin bildirdiyinə görə, 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb. Onun əmisi kənddə dini icmanın rəhbəridir.

Qeyd edək ki, İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.

SON XƏBƏR / HADİSƏ / ÖLKƏ
Tarix: 30-01-2020, 13:40