mobil versiya

Ərinin dostu ilə qaçan nənə ilə bağlı şok faktlar




İsmayıllıda 2 uşaq anasının ərinin yaxın dostu ilə qaçdığı barədə xəbər vermişdik.

REPORTYOR.AZ xəbər verir ki, Publika.az ailəyə yaxın olan, adının açıqlanmasını istəməyən mənbədən hadisə ilə bağlı ətraflı məlumat əldə edib.
Mənbənin verdiyi məlumata görə, 4 il əvvələ kimi M.H.-nın əri və onun ailə üzvləri ilə münasibətləri normal olub.
4 il öncə onun həyat yoldaşı, baldızları və ailənin digər üzvləri ilə münaqişələri başlayıb.

Mənbə bildirib ki, M.H. ailəsi ilə birgə İsmayıllı şəhərində yaşayıb. Fevralın 12-də ailəvi dost olduqları Talıstan kənd sakini Raqub adlı şəxslə qaçıb.

"Qadın keçən ilin avqustunda ərindən boşanmaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Səbəb kimi də həyat yoldaşı tərəfindən döyülməsini göstərib.

Ancaq əri qadının dediklərini təkzib edib. Məhkəmə barışıq üçün onlara 3 ay vaxt verib. Xanım məhkəmənin verdiyi vaxtı gözləməyib, ayrılmaq istəyib.

Qadının əri boşanma zamanı əmlakın yarı bölünəcəyinə razılıq da verib. Qadın isə əmlak istəmədiyini deyərək, ərizə yazıb boşanmaq istədiyini bildirib".

Mənbənin sözlərinə görə, qadının ailəsi ilə Raqubun ailəsi dost olub: "Hətta həmin şəxs bir neçə dəfə qaçan xanımın qayınanasıgilin evinə də gəlib. Onlar bir-birinə "bacı-qardaş" deyirmiş. M.H.-nın qızı deyib ki, Raqub bizə gələb-gedəndən sonra həmişə evimizdə dava düşürdü.
Raqubun da 2 qızı, 1 oğlu var. Həyat yoldaşının da 50 yaşı var. Qaçan xanımın bacısı və qızı Talıstan kəndinə gediblər və M.H.-nın kənddə Raqubun evində olduğunu görüblər".

Ailəyə yaxın mənbə bildirib ki, qaçan qadının əri və ailəsi geri qayıdarsa heç bir halda qadını qəbul etməyəcəklər: "M.H.-nın əri ailə qurmaq istəyir və evlənməyə qadın axtarır".


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-02-2020, 13:25