Afətin hacısının sevgili olduğu varlı qadının kimliyi açıqlandı
Müğənni Afət Fərmanqızının yeni sevgilisinin varlı qadın ovçusu olduğunu söyləyən tanınmış jurnalist Sara Səfurə yeni faktlar açıqlayıb.
BAKU.WS xəbər verir ki, bundan öncəki açıqlaması üzündən Afət tərəfindən təzyiqlərə məruz qaldığını bildirən Sara xanım sözlərinin əsassız olmadığını isbat etmək məqsədilə əldə etdiyi daha bir məlumatı onun nəzərinə çatdırıb.
Hacı Roma kimi tanınan Ramal Hüseynovun Afətdən öncə bir neçə varlı qadınla sevgilisi olduğunu, alfons həyat tərzi sürdüyünü deyən jurnalist onun Lamiyə adlı imkanlı ailənin qızı ilə sevgili olduğundan danışıb:
"Lamiyə xanımla uzun müddət sevgili olub. Münasibətləri evlilik həddinə çatıb. Roma ondan pul istəyib, rədd cavabı alandan sonra Lamiyənin anasından pul istəyib. Təbii ki, anası da o pulu verməyib. Romanın pul istəməsi ailənin xoşuna gəlməyib və münasibətləri pozublar".
Xatırladaq ki, S. Safura bundan öncə də Afət Fərmanqızının ailə quracağı kişinin bir çox varlı xanımları tilovuna salması, maddi imkanlarından istifadə edəndən sonra atması barədə iddialar səsləndirib.
MARAQLI / KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 12-09-2019, 12:39