mobil versiya

Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi




Rusiyanın Müdafiə Nazirliyi İdlibdə 33 Türkiyə hərbçisinin həlak olması ilə əlaqədar açıqlama verib.

“Report” “Sözcü”yə istinadən xəbər verir ki, açıqlamada Rusiya Hava Qüvvələrinin Türkiyə hərbçilərinin vurulduğu ərazidə əməliyyat keçirmədiyi iddia edilib.

Açıqlamada Türkiyənin İdlibdəki hərbçilərinin mövqeləri ilə bağlı Rusiyaya məlumat vermədiyi və Türkiyə əsgərlərinin o ərazidə olmamalı olduğu vurğulanıb. 

Bundan başqa, Rusiya Türkiyə hərbçilərinin rejim qüvvələri tərəfindən vurulduğunu bildirib. 

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 28-02-2020, 11:41