"Azərbaycan Dəmir Yolları"nda koronavirus təhlükəsi ilə bağlı qərargah yaradılıb
“Azərbaycan Dəmir Yolları” QSC-də koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaradılıb.
QSC-dən REPORTYOR.AZ-a verilən məlumata görə, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları”nın və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Bununla yanaşı, Bakı Dəmiryolu Vağzalının qaynar xətti fəaliyyətə başlayıb: (+994 12) 499 61 11.
SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 29-02-2020, 17:12