mobil versiya

Baş nazirdən dərmanlarla bağlı SƏRƏNCAM - 10 milyon manat ayrıldı



Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.

REPORTYOR.AZ-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncam “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən imzalanıb.

Maliyyə Nazirliyinə vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən (martın 2-si) qüvvəyə minir.

SON XƏBƏR / KARUSEL
Tarix: 2-03-2020, 12:00