Koronavirusdan sağalan iranlı deputat virusa necə qalib gəldiyini açıqladı
İranda yeni növ koronavirusa yoluxan və sağalan millət vəkili Zöhrə İlahiyan İran Dövlət Televiziyasına virusa necə qalib gəlməyi ilə bağlı açıqlama verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, virusun elə də qorxunc olmadığını deyib. Bildirib ki, məcbur olmayacağı təqdirdə səyahət etməmək, əlləri tez-tez yumaq və əlləri üzə vurmamaq lazımdır.
Qeyd edək ki, Çində ortaya çıxan virus fevralın 19-da Qum şəhərində müəyyən edilmiş və qısa zamanda bütün ölkəyə yayılmışdı.
SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 11-03-2020, 13:50