mobil versiya

Koronavirusla bağlı yeni açıqlama — 15 ölkədə yayılıb



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronovirusla bağlı hazırkı vəziyyəti açıqlayıb.


“Ölkə.Az” CNN Türk-ə istinadən xəbər verir ki, təşkilatın açıqlamasında bu virusun hazırda 15 ölkədə yayıldığı qeyd olunub.
Bildirilib ki, bütün dünya ölkələri bu virusa qarşı tədbirli olmalıdır.

Son məlumatlara görə, koronavirusdan 132 nəfər ölüb.

Qeyd edək ki, virus ilk dəfə ötən ili dekabrın sonunda Çinin Uhan şəhərində qeydə alınıb. 23 yanvardan etibarən bu şəhər karantinaya alınıb. Şəhərə giriş-çıxış bağlanıb.

Koronavirus dünyada ilk dəfə isə 2012-ci ilin sentyabrında Səudiyyə Ərəbistanında yayılıb və yüzlərlə insanın ölümünə səbəb olub. Virus ağciyərləri və böyrəkləri sıradan çıxarır, immuniteti çökdürür. Virusa qarşı vaksin hələlik yoxdur.

MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 30-01-2020, 09:56