mobil versiya

Koronavirusa görə Azərbaycan dəmir yolunda qatarlar dezinfeksiya olunur


“Yanvarın 16-da Çindən Gürcüstana gələn 22 yaşlı qadında koronavirus təsdiq olunmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

O deyib ki, Gürcüstan vətəndaşı olan həmin şəxs vətənə Çində koronavirusun yayılmadığı bir vaxtda dönüb: “Qadına virus infeksiyası ailə üzvlərindən keçib. Onda hansı virusun olduğu hazırkı mərhələdə məlum deyil və müşahidələr aparılır. Pasiyent evdə müalicə olunur və onun vəziyyəti ciddi deyil”. 


*** 15:54

Gürcüstanın Kaxeti bölgəsində olan 22 yaşlı Çin vətəndaşı koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, o, respirator infeksiya simptomları ilə tibb müəssisəsinə müraciət edib.

Çinli qadının hansı virusa yoluxması hələ ki məlum deyil. Onun vəziyyəti ilə bağlı təhlükəli bir şeyin olmadığı bildirilib.

Həkimlərin sözlərinə görə, Çin vətəndaşı ev şəraitində müalicəsini davam etdirir və nəzarət altına alınıb.

Qadının virusun episentri olan Uhan şəhərindən deyil, Çinin digər bölgəsindən Gürcüstana gəldiyi bildirilib. 
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 28-01-2020, 17:15