mobil versiya

Abid Şərifov: “Planımı yerinə yetirmişəm”



Baş nazirin sabiq müavini Abid Şərifov koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimindən danışmaq istəməyib.

Bu barədə o, Oxu.Az-a açıqlamasında bildirib.

A.Şərifov qeyd edib ki, hazırda istirahət edir və səhhətində problem yoxdur.

Baş nazirin keçmiş müavini əlavə məlumat vermək istəmədiyini də dilə gətirib.

“Mən informasiya vermək planımı yerinə yetirmişəm”, - deyə, müsahibimiz əlavə edib.

Qeyd edək ki, A.Şərifov 20 iyul 1995-ci ildən 21 aprel 2018-ci il tarixinə qədər Baş nazirin müavini vəzifəsində çalışıb. Onun 80 yaşı var.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-04-2020, 13:40