mobil versiya

Bakıda bu kafe karantinə rəğmən fəaliyyət göstərirmiş - FOTO/VİDEO




Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən “Şərur” kafesinin xüsusi karantin rejimini pozaraq, gizli şəkildə fəaliyyət göstərdiyi aşkar olunub.
Həmin kafenin sahibi, Xətai rayonunda yaşayan Azər Nağıyev və obyektdə olan üç nəfər müştəri saxlanılaraq, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər. 

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək, 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibi Azər Nağıyev barəsində toplanan materiallara hüquqi qiymət verilərək, qərar qəbul olunması üçün məhkəməyə göndərilib.


















SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 9-04-2020, 11:00