mobil versiya

AXCP üzvü karantin rejimini pozduğu üçün saxlanılıb - RƏSMİ




Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə AXCP funksionerlərinin partiyanın üzvü Baba Süleymanovun qanunsuz həbs edilməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən REPORTYOR.AZ-a bildirilib ki, burada qanunsuz həbs barədə səslənən iddialar tamamilə əsassızdır və qərəzdən irəli gələn bir dezinformasiyadır. 

"Bakı şəhər sakini Süleymanov Baba tətbiq edilmiş xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb, barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunub. Yeri gəlmişkən qeyd edək ki, xüsusi karantin rejimini pozduqlarına görə təkcə mart ayı ərzində 160 nəfərdən çox şəxs inzibati qaydada həbs edilib. AXCP üzvünün qanunsuz həbs edilməsi iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır", - Mətbuat Xidmətindən bildirilib.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 14-04-2020, 17:11