Peyvənd olunan xanım ilk dəfə danışdı - Temperatur, güclü ağrı...
Dünyada ilk dəfə koronavirus peyvəndinin test məqsədilə tətbiq edildiyi 44 yaşlı Cennifer Aller adlı xanım açıqlamalar verib.
Peyvənd qəbul etdikdən sonra səhhətində baş verən problemlərdən danışan amerikalı bildirib ki, ilk gün özünü narahat hiss edib. Peyvəndin olunduğu ilk gün temperaturum artdı deyən xanım, ikinci gün iynənin yerində ciddi ağrılar hiss etdiyini bildirib. Amerikalı, başqa heç bir şikayətinin olmadığını ifadə edib.
O, peyvənd üçün könüllü olduğunu deyərək, həyatını təhlükəyə atdığının fərqində olduğunu bildirib. Xanım iki həftə nəzarət altında qaldığını qeyd edib.//Publika.az
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 15-04-2020, 12:17