Keçmiş jurnalist bikinidə olan hər şəklinə görə 6 min dollar qazanır - FOTO
Amerikalı jurnalist xanım karyerasından imtina edərək, sinəsini, ombasını və dodaqlarını böyütməklə, İnstagram ulduzuna çevrilib.
Bikinidə fotoşəkillər çəkdirməklə keçmiş jurnalist əməlli sərvət toplayıb.
Mayamidən olan 23 yaşlı Aleksa Dellanos düşünüb ki, İnstagramda jurnalistikada aldığı məvacibdən, üç dəfə artıq qazana bilər. Bu üzdən də təxminən 15 min dollar toplayaraq, sinəsini, dodaqlarını və ombasını böyüdüb.
Dellanos etiraf edir ki, plastik əməliyyat sayəsində yarım il ərzində çoxlu abunəçi toplayıb. Hazırda qız sevgilisi rəssam Alek Monopoli ilə səyahət edir və bikinidə şəkillər çəkdirir.
Amerikalı xanım çimərliklərdə və şəxsi təyyarələrdə poz verməklə yaxşı pul qazanır. Bundan başqa, qızın İnstagram səhifəsindəki hər paylaşımı ona 6 min dollardan çox gəlir gətirir. Hazırda 23 yaşlı modelin 1,3 milyon abunəçisi var.
MARAQLI / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-09-2019, 09:27