Oksfordun professorundan önəmli peyvənd açıqlaması – ən dəqiq tarixi o dedi
Koronavirusa qarşı çalışmalar aparan Oksford Universitetinin müəllimi, professor doktor Sarah Gilbert səbrsizliklə gözlənilən peyvənddən 100-də 80 ehtimalla sentyabr ayında istifadə ediləcəyini bildirib.
Bu günə qədər 100 mindən çox insanın ölümünə yol açan virusa qarşı dərman və peyvənd üzərində aparılan təhqiqatlar dünyanın demək olar ki, hər yerində yüksək sürətlə davam etdirilir.
İngiltərənin köklü universitetlərindən olan Oksfordda işləyən Sarah Gilbert də bu təhqiqatı aparan həkimlərdən biridir. Komandası ilə birlikdə peyvəndi təkmilləşdirmək üçün mücadələ edən Gilbert, insanları sevindirəcək açıqlamalar verib.
“Times” dərgisinə danışan professor bildirib ki, peyvənddən istifadə sentyabr ayında mümkün olacaq: “Hər həftə əldə etdiyimiz nəticələrə nəzər yetirsək, yüzdə 80 ehtimalla peyvənddən sentyabr ayında istifadə ediləcək. Hər şey mükəmməl davam etsə, bu, daha tez də ola bilər.”
Professor Gilbert bundan başqa qeyd edib ki, təkmilləşdirdikləri örnəklər üçün insan üzərindəki təcrübələrin də iki həftə içərisində başlanılacağı planlaşdırılır.//Musavat.com
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 12-04-2020, 12:20