mobil versiya

Koronavirus insanlar üzərində nəzarət üçün... – Yəhudi alimdən dünyanın gələcəyi haqda ŞOK PROQNOZLAR




Koronavirus bütün dünyanı karantin rejimində yaşamağa məcbur etdi. Lakin hər kəsi düşündürən suallar var: pandemyanın bitməsindən sonra necə bir dünyaya oynayacağıq? Ölkələr birlikdə hərəkət edəcək, yoxsa izolyasiyaya üstünlük verəcəklər? Karantin rejimi insanları qorumaq üçün, yoxsa təzyiq altında saxlamaq üçün istifadə ediləcək?

Dünyada bestseller olan “Homo Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari bu sualları cavablandırıb.

BBC-yə danışan Harari bildirib ki, müxtəlif seçimlər mövcuddur: “Ən vacib iki məsələ var: bu böhranı hər bir ölkənin daxilində tətbiq etdiyi izolyasiya ilə, yoxsa ölkələr arasında əməkdaşlıqla aradan qaldıracağıq? Bununla yanaşı, müxtəlif ölkələr totalitar, mərkəzləşmiş nəzarətlə, yoxsa milli həmrəyliklə hərəkət edəcəklər?”.

Yəhudi alim hesab edir ki, koronavirus pandemiyası həm elmi, həm də siyasi problemləri gündəmə gətirdi: “Elmi problemlərin həlli istiqamətində iş gedir, amma siyasi problemlər üzərində çox da düşünülmür. Halbuki, bu, sağlamlıq böhranından daha çox, siyasi böhrandır. Bəşəriyyətin əlində bu pandemiyaya qalib gəlmək üçün hər şey var. Orta əsrlərdə yaşamırıq, vəba ilə da üzləşməmişik. İnsanlar ölür, amma bunun səbəbini və nə etmək lazım olduğunu da bilirik. Dərmanın tapılması üzərində iş aparılır, mövcud dərmanlardan istifadə effekt verir, eləcə də gigiyenaya fikir vermək, məsafə saxlamaqla da virusdan qorunmağın mümkün olduğunu anlayırıq. Nəylə qarşı-qarşıya olduğumuzu bilirik və ona qalib gəlmək üçün texnologiyaya, iqtisadi gücə də sahibik. Problem odur ki, bu gücü necə istifadə edəcəyik?! Bu da əsasən siyasi problemdir”.

Harari bu virusun təhlükəli texnologiyaları legitimləşdirə biləcəyini də istisna etmir.

“Bu virusu bəhanə edən iqtidarlar hər kəs haqqında məlumat toplamaq üçün tətbiq edilən nəzarət sistemini legitimləşdirə bilərlər. Misal üçün, İsraildə hökumət fərdlərin harada olduğunu müəyyən etmək üçün təkcə səhiyyə sisteminə yox, həm də xüsusi xidmət orqanlarına səlahiyyət verib. Dünyanın ən inkişaf etmiş nəzarət sisteminə sahib olan Çində isə karantin rejimini pozan vətəndaşları müəyyən etmək üçün üz tanıma üsulundan istifadə edirlər. İndiki dövrdə bunun haqlı səbəbləri ola bilər, amma bu nəzarət rejiminin sonrakı dövrlərdə saxlanılması riskləri var”, - o bildirib.

Yəhudi alim virusdan sonra insanların seçimindən asılı olmayaraq, “sosial heyvan” olmaqda davam edəcəyini qeyd edib: “Bu xüsusiyyətimiz dəyişməcək. Yəni virusun insan təbiətini dəyişdirməyəcini düşünürəm, əksinə, insanlar bir-birinə daha mərhəmətli olacaq, sosial bağlar güclənəcək”. //Publika.az
MANŞET / SON XƏBƏR / BANNER / GÜNDƏM
Tarix: 11-04-2020, 21:15