mobil versiya

"Qurani-Kərim"də koronavirusla bağlı hansı ayələr var? - Professor BÜTÜN İŞARƏLƏRİ açıqladı




Türkiyənin “Dünya qəzeti”nin köşə yazarı Vahab Munyar Yer kürəsini bürüyən koronavirus pandemiyası ilə bağlı əhəmiyyətli məqalə qələmə alıb.

Yazar köşəsində pandemiyaya tam fərqli gözdən baxmaq fikrini çatdırıb.

“Şənbə günü, Merac Qəndilini idrak etdiyimiz gün “Yıldız” Holdinqin idarə heyətinin üzvü Murad Ülkərdən mesaj gəldi. Mesajın ilk cümləsi telefonumun ekranına əks olundu: “Bu başımıza gələnlər adət deyil, ayətdir”.

Mesajı açdım. Əlavəsində Dini İşlər üzrə Komitənin sabiq sədri Məhəmməd Görməzin yutub kanalına yüklənən dərs videosu vardı. Başlığı belə idi: “Koronavirusda müsibətləri oxuma üsulu”. Dərs bu suallarla başladı: “Koronavirus iddia olunduğu kimi ilahi əzabdırmı, yoxsa bilmədiyimiz rəhmətdir? Bəzilərinin həddini aşaraq iddia etdiyi kimi qiyamətdirmi? Yoxsa bir ilahi ayət və ibrətdirmi?”

İslam tarixinin ilk zamanlarında, Həzrəti Ömər dövründə 25 min insanın vəbadan can verdiyini xatırladıb əlavə etdi: “Ötən əsrin əvvəllərində Avropa qitəsi əhalisinin üçdən-biri sadəcə bu yoluxucu xəstəliyə görə dünyasını dəyişib”. Sonra tarixdə yaşananlardan heç birinin bugünkü kimi qlobal epidemiyaya çevrilmədiyini qeyd etdi: “Üstəlik bütün bunlar insanın ən güclü olduğu zamanda gerçəkləşir. Elm, bilgi, texnologiya, əlaqə inqibalının yaşandığı dövrdə. Tibbin və dərman sənayesinin zirvədə olduğu dövrdə. Bu pandemiya ölümsüzlüyə çarə axtarıldığı, kosmosda həyat əlamətlərinin arandığı zamanda. Təkəbbürün, yaramazlığın, ərköyünlüyün hökm etdiyi bu zamanda ancaq mikroskopla görülə bilən bir virus bütün insanlığın həyatını təslim alır”.

Professor burada tibb işçilərinə diqqəti çəkdi: “Bu prosesdə Səhiyyə Nazirlikləri, həkimlər, işçilər üzərilərinə düşən vəzifələrin haqqını verdilər”.
Daha sonra elmin Allahın kainata yerləşdirdiyi ayələrin təfsiri olduğunu vurğuladı: “Ağıl və düşüncə Onun insana ən böyük ehsanıdır. Elmi və ağlı yox saymadan İslamın verdiyi anlamlarla yaşadıqlarımıza daha doğru məna verə bilərik. Bu cür müsibətlər İlahi adət deyil, İlahi ayətdir”.
“Fətr” surəsinin 45-ci ayəsini nümunə çəkdi: “Allah insanları etdiklərinə görə dərhal cəzalandırsaydı, yer üzündə 1 canlı da qalmazdı”.
46-cı ayəni xatırlatdı:  “Allah qullarına zülm etməz”.

Yaşananları qiyamət gününə işarə kimi qəbul edənlərə bu cavabı verdi: “Qiyamət haqqında məlumat heç bir peyğəmbərə verilməyib”.
Professor “Ayə”nin lüğəvi mənasının “işarə” olduğunu ifadə etdi: “Qurana görə başımıza gələn bəla məhz bir ayədir. Hər bir mömin bu “işarədən” fərqli bir nəticə çıxaracaq. “İşarələr” ibarələr üzərində deyil, nəticələr üzərində oxunur. Allahın “İbrət alın, ey ağıl sahibləri” əmri məhz bu məsələyə aiddir”.

Qısaca Məhəmməd Görməzin fikrinin məğzi budur: “Koronavirüs pandemiyası “ayə”- dir…”

Yəni səhiyyə orqanlarının tövsiyələri dinin də tövsiyələridir.

Professor izolyasiya tədbirlərinin mütəmadi yerinə yetirilməsinin vacib olduğunu bildirdi: “Xüsusilə, belə pandemiyalarda səhiyyə orqanlarının tövsiyələrini dinin tövsiyəsi kimi də qəbul etmək lazımdır. İslam dini bir insanın həyatını qorumağı və həyat təhlükəsizliyini təmin etməyi vacib prinsip kimi qəbul edib.

Daha sonra o, hədislərə işarə verdi: “Həzrəti Rəsuli Əkrəm öz dövrü üçün karantin tədbirlərini təyin etmişdi. Xəstə bir insanı sağlam şəxsin yanına aparmayın. Bir yerdə yoluxucu xəstəlik varsa, ora getməyin. Olduğunuz yerdə epidemiya varsa, oradan çıxmayın”.
Pandemiya üçün həll yolunu tapmaq bəndənin nail olacağı ən böyük mərtəbədir".//Publika.az

MARAQLI / SON XƏBƏR / GÜNDƏM
Tarix: 23-03-2020, 17:15