mobil versiya

"Hurriyet"in köşə yazarı Bakı barədə əvvəlki təəssüratından utandığını yazıb



Türkiyənin “Hürriyyet” qəzetinin köşə yazarı Ahmet Hakan “Bakü seyahatinden dönerken uçakta gözlemlediğim Tayyip Erdoğan” başlıqlı köşəsində Bakı barədə xoş sözlər yazıb. Müəllif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ovqatından, son zamanlar atdığı addımlardan da bəhs edib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, Ahmet Hakan Bakıya gedərəkən şəhər barədə təəssüratının heç də xoş olmadığını gizlətməyib. Ancaq Azərbaycan paytaxtından Türkiyəyə qayıdarkən əvvəlki fikirlərindən utandığını belə qələmə alıb: “Aşağılayaraq getmişdim, aşağılayaraq getdiyim üçün faciəvi şəkildə utanaraq dönürəm.

Qafqazın Parisi deyəcəyəm, ancaq Parisə lütf göstərmiş olaram deyə narahatam.

Bizim Nişataşı var aaa... Onu 40-a vurun... Bakıda bax belə bir Nişantaşı var.

“Küləklər şəhəri" deyirlərmiş Bakıya... Vallahi-billahi düz edirlər.

Hər şey necə yeni və hər şey necə də keçmişə hörmətlə edilmişdi... Məətəl qaldım!

Simiti xırıltıyala yemirlər, ancaq çayı mürəbbə ilə içirlər Bakıda... Elə mənimsəmişəm ki, mən də artıq mürəbbə ilə içirəm.
Samovar var aaa samovar... Onun vətəni Bakı imiş.

Bir-birindən gözəl və cəbedici binalar üçün “Hamısı makiyaj, hamısı saxta” filan deyirlər. Belə makiyaja can qurban!”

KARUSEL / DÜNYA
Tarix: 18-10-2019, 15:00