Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
Stanford Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Maykl Levitt koronavirus pandemiyasının sona çatacağını proqnozlaşdırır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Los Angeles Times”da nəşr olunan məqalədə məlumat öz əksini tapıb.
Məqalədə qeyd olunur ki, Levitt Çində vəziyyətin inkişafını, ölkə tarixindəki ən pis böhranı düzgün proqnozlaşdırıb.
Professor bildirib ki, mövcud böhranın aylar və ya illərlə davam edəcəyinə, həmçinin milyonlarla insanın ölümünə səbəb olacağına dair proqnozlara inanmır.
Fevralın əvvəlində o, Çində ölüm tempinin bir həftə içində daha da aşağı düşəcəyinə dair hazırladığı hesabatı həmin ölkəyə göndərib. Levitt COVID-19-a yoluxma halının təxminən 80 min olacağı və orta hesabla 3250 adamın epidemiyadan öləcəyi barədə proqnoz verib. Real statistika professorun iddia etdiyi rəqəmlərə demək olar ki müvafiq olub: 24 mart tarixində ÇXR-də 3281-i ölümlə nəticələnən 81.588 yoluxma faktı qeydə alınıb.
İndi Maykl Levitt həm ABŞ-da, həm də dünyanın qalan hissəsində oxşar nəticələr gözləyir. Onun sözlərinə görə, əsas məsələ çaxnaşmaya nəzarət etməkdir.
Bir çox epidemioloqun xəbərdarlıq etməsinə və milyonlarla insanın öləcəyinin deyilməsinə baxmayaraq, alim mövcud məlumatların belə bir dəhşətli ssenarini təsdiqləmədiyini bildirir.
Hər gün koronavirusa 50 yeni yoluxma faktının qeydə alındığı 78 ölkədəki vəziyyəti təhlil edən Levitt əmin edir ki, “Çaxnaşmaya ehtiyac yoxdur - hər şey nəticə verəcək”.
Ancaq professor ABŞ-da dönüş nöqtəsi üçün konkret tarix göstərmir.
BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 30-03-2020, 15:00