mobil versiya

ÜST: Koronavirusdan 2761 nəfər ölüb



Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarına dair fevralın 26-na olan məlumatı açıqlayıb. 

Təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Əlcəzair, Avstriya, Xorvatiya və İsveçrədə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halı qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 81 109 (871 yeni)
Çində: 78 191 (412 yeni)
2718 ölüm halı (52 yeni)
Çinin xaricində:
2918 yoluxma halı (459 yeni)
37 ölkə (4 yeni)
43 ölüm halı (9 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirməsini Çində çox yüksək, regional və qlobal səviyyədə yüksək hesab edir. 

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 27-02-2020, 10:15