mobil versiya

Putindən ŞOK XƏBƏRDARLIQ: Böyük bəlaya hazır olun




Rusiya prezidenti Vladimir Putin koronavirusla bağlı hakim dairələrə xəbərdarlıq edib.

O bildirib ki, Rusiyada epidemiyanın fəsadları qarşıdakı günlər ərzində daha da artacaq. "Bütün ölkə, insan həyatı üçün mübarizə aparmağa yüz faiz hazır olmalıdır" deyən Kreml rəhbəri, müvafiq qurumlara tapşırıqlar verib:

“Zirvəyə hələlik çatmamışıq. Virusun yayılması ilə bağlı yüksək təhlükələr var. Yoluxmalar sadəcə Moskvada deyil bütün bölgələrdə sürətlə artır”.
Qeyd edək ki, Rusiyada 32 mindən çox insan “COVİD-19”a yoluxub, 273 nəfər həyatını itirib.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 18-04-2020, 10:40