mobil versiya

Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur - RƏQƏMLƏR




Azərbaycanda koronavirusa yoluxma üzrə son faiz göstəriciləri açıqlanıb.

REPORTYOR.AZ koronavirusinfo.az saytındakı rəsmi göstəricilərə əsasən xəbər verir ki, yoluxanların yaş qruplarına görə bölgüsündə 50-59 yaş arası insanlar diqqət çəkir. Belə ki, ölkə üzrə ən çox yoluxma 22% ilə məhz bu yaş qrupuna aiddir.

İkinci ən çox yoluxma 30-39 yaş qrupundan olan insanlardır. Bu yaş qrupu üzrə yoluxanlar 18% təşkil edir.  

Digər yoluxanların yaş qruplarına görə bölgüsü belədir:  



Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırırıq.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 10-05-2020, 14:46