mobil versiya

Baş prokurordan yeni TƏYİNATLAR - FOTO




Baş Prokurorluq orqanlarında yeni təyinatlar olub.

REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun imzaladığı müvafiq əmrlərə əsasən, Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur Eyvazov və Elvin Bəşirli tutduqları vəzifədən azad ediliblər.

Digər əmrlərə əsasən, Toğrul Muxtarov Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini təyin edilib.

Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi vəzifəsinə, Namiq Məmmədov isə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsinə təyinat alıblar.

Baş prokurorun növbəti əmri ilə Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyinat alıblar.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 18-05-2020, 14:54