mobil versiya

Vilayət Eyvazov yeni rəis təyin etdi



Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub.

REPORTYOR.AZ "Report"a istinadla xəbər verir ki, polis polkovniki Nazim İsmayılov Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Bakı şəhər BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a təsdiqləyib.

SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 15-01-2020, 10:11