mobil versiya

Vilayət Eyvazov yeni rəis təyin etdi



Daxili işlər orqanlarında yeni təyinat olub.

REPORTYOR.AZ APA-ya istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 27-12-2019, 12:00