Baş Prokurorluq Xətai rayonuna yeni prokuror təyin edilməsi ilə bağlı məlumatları təkzib edib
Bakının Xətai rayonuna yeni prokuror təyin edilməsi ilə bağlı yayılan məlumatlar yalandır.
Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
O qeyd edib ki, belə bir təyinat olmayıb: “Bəzi KİV-də Astara rayon prokuroru Qabil Qasımovun Xətai rayon prokuroru vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirməyindən tərəfimizdən təkzib olunur”.
E.Sultanov həmçinin KİV nümayəndələrinə müraciət edərək əldə etdikləri məlumatları Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirdikdən sonra yaymalarını tövsiyə edib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 21-05-2020, 12:44