mobil versiya

“Əl-Qaidə”nin lideri öldürüldü




Fransa Müdafiə Nazirliyi “Əl-Qaidə” terror təşkilatının lideri Əbdülmalik Drokdelin öldürüldüyünü açıqlayıb.

REPORTYOR.AZ
“Haber Global”a istinadən xəbər verir ki, Fransanın Müdafiə naziri Florens Parli “Əl-Qaidə”yə qarşı əməliyyatın 3 iyunda Malinin şimalında keçirildiyini bildirib.

O qeyd edib ki, əməliyyat nəticəsində Drokdel və yaxın adamları öldürülüb.
Hazırda həmin bölgədə əməliyyatlar davam edir.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 6-06-2020, 16:26