mobil versiya

Azərbaycanda koronavirusa 352 yeni yoluxma qeydə alındı, 2 nəfər vəfat etdi




Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə REPORTYOR.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.


Qeyd edilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 505 koronavirus testi aparılıb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 13-06-2020, 19:00