mobil versiya

Azərbaycanda İcra Hakimiyyətinin binasında əməliyyat: Müavinlər saxlanılıb



Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə jurnalist Eynulla Fətullayev məlumat verib.

O bildirib ki, icra başçısının müavinlərinın hamısı saxlanılıb. 

Qeyd edək ki, Abşeronun icra başçısı Gülməmmədova İradə Akif qızıdır. Onun I müavini Həsənov Məhəmməd, müavinləri isə Cəbrayılov Fuad və Quluyev İlhamdır.

Gülməmmədova İradə 2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2014-2015-ci illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının 1-ci müavini vəzifəsində çalışıb. 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır. 


SON XƏBƏR / KARUSEL
Tarix: 22-06-2020, 12:42