Kür çayında problem: Bu şəhər və rayonlarda su olmayacaq - RƏSMİ
Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
REPORTYOR.AZ xəbər verir ki, bununla bağlı “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin, Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 28-07-2020, 13:41