mobil versiya

Bakıda bu yol bağlanır




Biləcəri-Binəqədi yolunun Binəqədi şossesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-si hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən REPORTYOR.AZ-a verilən məlumata görə, məhdudiyyət aparılan təmir işləri ilə əlaqədardır.

"Sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".






SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 26-09-2020, 10:59