Bu istiqamətdə hərəkət hissə-hissə məhdudlaşdırılacaq
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.
Bu barədə REPORTYOR.AZ-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
KARUSEL / ÖLKƏ
Tarix: 11-06-2020, 12:03