mobil versiya

Ermənistanın daha bir ballistik raket kompleksi sıradan çıxarıldı



Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.

Bu barədə REPORTYOR.AZ-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən (MN) məlumat verilib.

"Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.

Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.

Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb", - MN-in məlumatında bildirilib.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Baxılıb: 178 Tarix: 14-10-2020, 10:00



Şərh bildir
yenilə, əgər kod görünmürsə