mobil versiya

Ermənilərin "müdafiə naziri" bu silahla məhv edilib - FOTO




Atəşkəs rejimini pozan Ermənistan Ordusuna qarşı keçirilmiş cavab tədbirləri nəticəsində dünən qondarma rejimin “müdafiə ordusunun komandanı”, general-leytenant Cəlal Arutyunyan məhv edilib.

BAKU.WS "Azeri Defence" portalına istinadən xəbər verir ki, Harutyunyanın vurulmasını əks etdirən görüntülərdə onun “Bayraqdar TB2” pilotsuz uçuş aparatından atılan raketlə vurulduğu görünür.

O, cəbhə bölgəsinə doğru avtomobildə yüksək sürətlə hərəkət edərkən məhv edilib.

Qeyd edək ki, “Bayraqdar TB2” pilotsuz uçuş aparatı sürətlə hərəkət edən hədəfləri vurmaq üçün MAM-L və MAM-C milli və smart döyüş sursatlarından istifadə edir.

“Bayraktar TB2" zərbə PUA-sı quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. ”Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli “gör və məhv et” funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir.



SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 28-10-2020, 13:09