mobil versiya

Cəhbədə düşmən təxribatı davam edir - Ermənistana məxsus PUA vuruldu - VİDEO



Silahlı qüvvələrimiz tərəfindən işğalçı Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, düşmənə məxsus PUA ön xəttin Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndləri istiqamətində vurulub.

Kəşfiyyat xarakterli uçuş aparmaq istəyən düşmənin pilotsuz uçuş aparatı ordumuz tərəfindən sərrast atışla məhv edilib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 6-08-2020, 14:53