mobil versiya

Son Dəqiqə: Axşam-aşam əhaliyə bəd xəbər - Bunlar da bahalaşdı -Rəsmi



Bildiyimiz kimi, Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bəs, benzin və dizelin bahalaşmasından sonra ərzaq məhsullarında qiymət artımı olacaqmı?


Azerforum.com xəbər verir ki, İqtisadçı Cavid Süleymanlı açıqlamasında bildirib ki, benzin ve dizeldə yaşanan qiymət artımı multiplikator effekti ilə başda kənd təsərrüfatı məhsulları olmaqla, yeyinti, istehsal, nəqliyyat və digər sahələrdə də qiymət artımı yaradacağı gözləniləndir:

"Benzinin 0,10 manat, dizelin isə 0,20 manat miqdarında qiymətinin artıması multipilikat təsirin yaranması üçün qismən kifayətdir. Təbii ki, istehsalın, tədarükün və logistikanın başlıca xammalının qiymətində yaşanan artım infilyasiyanı artıracaq. Lakin düşünürəm ki, 2021 üçün gözlənilən inflyasiya həddindən maksimum 1,5-2 % -dən daha çox artım yaşanmayacaq. Bununla bağlı dəqiq bir rəqəm demək üçün metrik tədqiqat aparmaq lazımdır. Əlbəttə ki, qiymət artımı qərarı verilməzdən öncə aidiyyatı hesablamalar aparılıb və inflyasiya həddinə təsirliliyi gözə alınıbdır. Qiymət artımının ilkin təsirləri tranzit daşımacılıqda və şəhər içi daşımada nəzərə çarpacaq və tədricən yuxarıda sadaladığım sahələrə sirayət edəcəkdir".

Ümumiyyətlə, qeyri-ərzaq sektorunda və ərzaq sektorunun bəzi seqmentlərində nəzərəçarpan dəyişikliklərə səbəb olmayacağını düşünürəm. Qiymət artımını nəzarətdə saxlamaq üçün aparılan klassik fiskal və pul siyasəti alətlərinin xaricində, yanacağın qiymətinin artmasından qaynaqlı olan qiymət artımının qarşısını almaq məqsədli Kompensasiya və bənzəri yardımların edilməsi nəzərdə tutulmur. Şəhər daxili nəqliyyatda qiymət artımını saxlamaq üçün kompensasiya edilə bilər. Lakin makro səviyyədə hər hansı bir müdaxilə edilə bilməz. Bu hal həm iqtisadiyyatın təbii ahənginə müdaxilə, həm də büdcə üçün əlavə və səmərəsiz bir yükdür. Qərara yenidən baxılacağını təxmin etmirəm. Önümüzdəki illərdə də və ya ilin sonuna doğru yenidən qiymət artımının yaşanması da gözləniləndir".


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-01-2021, 23:50