mobil versiya

DİQQƏT: Karantin rejimi ilə bağlı vacib xəbər - 3 AY SONRA...




“Yoluxma sayı cüzi qalxırsa karantin rejimini sərtləşdirmək lazım deyil. Lakin əgər yoluxma pik həddə çatarsa, o zaman sərt karantin rejimi mütləqdir. Hazırkı situasiyada buna gərək duymuram”.

Bu sözləri “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitə görə karantin rejiminin sərtləşdirilməsini uyğun deyil:

“İndi Avropada koronavirusun Britaniya ştammı geniş şəkildə yayılır. Buna görə də bəzi ölkələrdə karantin rejimi sərtləşdirilir. Azərbaycanda isə hələ ki bu ştammın yayılması müşahidə edilmir. Əgər yayılarsa, mövcud vəziyyət təhlil edilib, qərar qəbul oluna bilər”.

Professor hesab edir ki, iyun ayına qədər biz pandemiyadan yaxa qurtara bilərik:

“Hesab edirəm ki, iyun ayında biz pandemiyanı tam nəzarət altına ala biləcəyik. ÜST də bu yöndə müsbət açıqlamalar verir. Ona görə də düşünmürəm ki, bu ili də ötən il olduğu kimi sərt karantin rejimində, qapalı vəziyyətdə keçirək”.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 2-03-2021, 10:20