mobil versiya

Azərbaycan Dəmir Yolları” bələdçilər üçün “Müştəri məmnuniyyəti” mövzusunda təlimlərə start verib


Sərnişindaşıma ilə məşğul olan qurumların üzləşdiyi əsas problemlərdən biri, sərnişinlərin xidmətdən narazı qalmasıdır. “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, bu baxımdan istər özəl şirkətlər olsun, istərsə də dövlət qurumları tərəfindən sərnişlərin xidmətdən razı qalması üçün, onları narahat edə biləcək ən kiçik xırdalıqlara diqqət yetirilir. Burada əsas məsuliyyət sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların üzərinə düşür. Məsələn, bələdçilərin.Yuxarıda göstərilənləri nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC bələdçilər üçün “Müştəri məmnuniyyəti” mövzusunda təlimlərə start verib.
Təlimlər hər bir qrup üçün 3 gün keçirilir. Bu təlimlər ümumilikdə 500 bələdçini əhatə edəcək. 300-ə yaxın bələdçi təlimi artıq bitirmişdir. Məqsəd, xidmət səviyyəsini artırmaqla, müştəri məmnuniyyətini təmin etməkdir. Təlimlərdə bələdçilərə daha çox sərnişinlərin qarşılanması, onlara yüksək və keyfiyyətli xidmətin göstərilməsi, hər bir sərnişinə individual yanaşma, həmkarları ilə xoş rəftar, ən əsası isə müxtəlif çətin situasiyalarda davranış qaydaları aşılanır. Çünki pozitiv bələdçi məmnun sərnişin deməkdir. 
Sirr deyil ki, bəzi sərnişinlərlə ünsiyyətə girmək, o qədər də asan olmur. Təlim layihəsinə cəlb olunmuş təlimçilərin missiyalarından biri də, konfiliktə səbəb olan ifadələrdən istifadə etməmək kimi vərdişləri aşılamaqdır.
Təlimlər sentyabr ayının sonunadək yekunlaşacaq və iştirakçılara sertifikatlar təqdim ediləcək. Növbəti mərhələdə isə yük qəbulu üzrə mütəxəssislər və bilet satışı ilə məşğul olan kassirlər bu təlimlərə cəlb ediləcək. Onu da bildirək ki, gələcəkdə dəmiryolçuların maarifləndirilməsi və peşəkarlıq imkanlarının inkişafı üçün yeni yaradılmış “Maarifləndirmə və İnkişaf Mərkəzi” bu məqsədlə ayrılmış başqa coğrafi məkana köçəcək. Bu məqsədlə “ Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus köhnə müəssisələrdən biri seçilib və təmir-tikinti üzrə layihələndirmə işlərinə start verilib. Adı çəkilən Mərkəzdə texniki laboratoriyaların, tədris avadanlıqlarının, simulyator otaqlarının, bir sözlə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün vacib olan bütün vasitələrin quraşdırılması nəzərdə tutulur.
SOSİAL / İQTİSADİYYAT / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 30-08-2019, 18:57