mobil versiya

Stolüstü tennisçilərimiz Qazaxıstana yola düşüb



Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunacaq "Shimkent cup" turnirində iştirak edəcəklər.

Yanvarın 26-da start veriləcək yarışda böyüklərlə yanaşı, yeniyetmə idmançılar da güclərini sınayacaqlar. Yığma komandanın əsas məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi altında Qazaxıstana 8 idmançı yollanıb.
Həm şəxsi, həm də qoşa yarışlarda Vəzir Allahverdiyev, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova mübarizə aparacaqlar.
Beynəlxalq turnirə yanvarın 29-da yekun vurulacaq.

KARUSEL / İDMAN
Tarix: 25-01-2023, 16:01