mobil versiya

Stolüstü tennisçimiz beş qitənin ən istedadlıları sırasında



Stolüstü tennisçimiz Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq.

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə, istedadlı idmançımızı seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşayiət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına beş qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və miniturnirlərdə iştirak edəcəklər.
Xatırladaq ki, Onur Quluzadə artıq bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin oxşar təlimlərinə qatılır.


KARUSEL / İDMAN
Tarix: 16-01-2023, 18:27