mobil versiya

Roma Papası Pasxa bayramı münasibətilə iki həftəlik atəşkəs təklif edib



Roma Papası Fransisk Pasxa bayramı münasibətilə aprelin 9-dan Ukraynada iki həftəlik atəşkəs rejiminin tətbiq olunmasını təklif edib.
Bu barədə Ümumdünya Staroverlər İttifaqının sədri Leonid Sevastyanov pontifiklə şəxsi söhbətinə istinadla məlumat verib.
Gələn həftə katoliklərin, sonra isə pravoslavların Pasxa bayramıdır. Roma Papası Ukraynada hərbi əməliyyatların iki həftəlik dayandırılmasını istəyir”, - deyə Leonid Sevastyanov bildirib. Onun sözlərinə görə, bu mövzu pontifik üçün çox vacibdir və o, öz adından atəşkəsin elan olunmasını xahiş edib.
Katolik kilsəsi bu il Pasxanı aprelin 9-da, pravoslavlar isə bir həftə sonra, aprelin 16-da qeyd edəcəklər.

KARUSEL / DÜNYA
Tarix: 7-04-2023, 13:19