mobil versiya

Özbəkistan prezidentinin Bakıya səfəri planlaşdırılır



Avqust ayında Özbəkistan prezidenti Şafkat Mirziyoyevin Bakıya səfəri planlaşdırılır.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan-Özbəkistan münasibətəri, demək olar ki, bütün istiqamətlərdə dinamik inkişaf edir.

KARUSEL / SİYASƏT
Tarix: 8-08-2023, 10:30