mobil versiya

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 19-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.
Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı: Lənkəranda 10, Lerikdə 9, Ordubadda 7, Neftçalada 5, Astara, Şahbuz, Qax, Biləsuvar, Yardımlı, Quba, Şəki, Sədərək, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Ağdam, Göygöl, Oğuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Qusar, Xaltan, Tərtər, Mingəçevir, Yevlax, Daşkəsən, Göytəpə, Bərdə, Qəbələ, Zaqatala, Göyçay, İsmayıllı, Zərdab, İmişli, Sabirabad, Cəfərxanda 4 millimetrədək, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.
Göyçay, Göygöl, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Oğuz, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Şərur, Gədəbəy, Lerikdə duman müşahidə olunub.

KARUSEL / ÖLKƏ
Tarix: 19-10-2023, 10:19