mobil versiya

Cüdoçularımız Avropa Kubokunda 4 medal qazanıb



Azərbaycan cüdoçuları Macarıstanın Dyör şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda 4 medal qazanıblar.
Federasiyadan verilən məlumata görə, yığma yarışda medal əyarına görə ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutub.
İki gün davam edən turnirdə Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 32 cüdoçu ilə təmsil olunub. Onlar yarışın ilk günündə 2 gümüş medal əldə ediblər.
Turnirin ikinci günündə oğlanlar arasında 73 kiloqram, 81 kiloqram və 90 kiloqram çəki dərəcələrində 11 cüdoçu medallar uğrunda mübarizə aparıb. 73 kiloqram çəkidə Əhməd Mehdiyev və 81 kiloqramda Əli Qazıməmmədov bürünc medal qazanıblar.

KARUSEL / İDMAN
Tarix: 13-11-2023, 11:25